Quba filialında sahibkarlar üçün “Rəqəmsallaşma ilə ağıllı biznes” mövzusunda panel müzakirəsi keçirilib

20.04.2026
Quba filialında sahibkarlar üçün “Rəqəmsallaşma ilə ağıllı biznes” mövzusunda panel müzakirəsi keçirilib

“Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti” çərçivəsində təşkil olunan tədbirdə regionun iş adamları və sahə mütəxəssisləri bir araya gəlib.

​Görüşü giriş sözü ilə açan filialın direktoru, professor Yusif Alıyev qonaqları salamlayaraq, müasir dövrdə rəqəmsal transformasiyanın əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, həm təhsil, həm də biznes mühitində innovativ yanaşmaların tətbiqi regionun iqtisadi potensialının artırılmasında əsas hərəkətverici qüvvə rolunu oynayır. Tədbirin panel hissəsində sahə üzrə tanınmış peşəkarlar öz təcrübələrini iştirakçılarla bölüşərək, biznesin rəqəmsal müstəviyə keçidi ilə bağlı strateji məqamlara toxunublar:

​Balaş Mirzəyev: Müasir biznesin idarə edilməsində qabaqcıl beynəlxalq təcrübələr və optimallaşdırma üsulları;

​Elçin Nağıyev (“PROMETECH”): Texnoloji həllərin tətbiqi, avtomatlaşdırma və innovativ infrastrukturun qurulması;

​Tərlan Məmmədli: Rəqəmsal marketinq strategiyaları, onlayn mövcudluğun gücləndirilməsi və hədəf kütləsi ilə effektiv kommunikasiya.

İnteraktiv formatda davam edən görüşdə sahibkarların sualları cavablandırılıb və regionda rəqəmsal ekosistemin qurulması istiqamətində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?