Quba filialında peşəkar inkişaf seminarı keçirilib

17.04.2026
Quba filialında peşəkar inkişaf seminarı keçirilib

16 aprel 2026-cı il tarixində ADPU-nun Quba filialı və TECHERA şirkətinin birgə təşkilatçılığı ilə fililalın akademik heyəti və tələbələri üçün mühüm əhəmiyyət kəsb edən təlim baş tutub. “Akademik mühitdə peşəkar iş münasibətləri və əməkdaşlıq” mövzusuna həsr olunan seminar iştirakçılara müasir iş dünyasının tələblərinə uyğun praktiki biliklər qazandırıb.

​Filialın İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Seyid Cabbarovun moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən filialın direktoru professor Yusif Alıyev seminarın keçirilməsini yüksək dəyərləndirib və qeyd edib ki, bu kimi tədbirlər həm pedaqoji heyətin peşəkar bacarıqlarının artırılmasına, həm də universitet daxilində sağlam və məhsuldar iş mühitinin inkişaf etdirilməsinə xidmət edir.

​TECHERA-nın Tərəfdaşlarla iş departamentinin direktoru Əmrah Qürbətovun təqdimatında keçən seminarda aşağıdakı aktual mövzular ətraflı şəkildə müzakirə olunub:

​Peşəkar Davranış: Akademik mühitdə etik normalar və korporativ mədəniyyətin formalaşdırılması.

​Effektiv Ünsiyyət: İş mühitində düzgün kommunikasiya kanallarının qurulması və şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi.

​Komanda İşi: Birgə fəaliyyətin və əməkdaşlığın elmi-pedaqoji nailiyyətlərə təsiri.

​Konfliktlərin İdarə Edilməsi: İş prosesində yarana biləcək anlaşılmazlıqların konstruktiv həlli yolları.

​Seminar müddətində akademik mühitdə effektiv əməkdaşlığın qurulması üçün real keyslər üzərindən yanaşmalar təqdim olunub. İnteraktiv formatda keçən görüşdə iştirakçıların sualları cavablandırılıb və iş mühitində innovativ idarəetmə metodları barədə fikir mübadiləsi aparılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?