Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası müvəffəqiyyətlə davam edir. Sessiya müddətində 10 ixtisas və 43 qrupu əhatə edən 219 fənn üzrə 247 imtahanın keçirilməsi nəzərdə tutulmuşdur. Hal-hazıradək sessiyanın böyük bir qismi arxada qalmış və 142 imtahan keçirilmişdir. İmtahanların ənənəvi olaraq, əsasən yazılı, ixtisas və fənnindən asılı olaraq bir neçəsinin şifahi formada keçirilməsi nəzərdə tutulmuşdur.
Yanvarın 17-də “Azərbaycan dili və ədəbiyyatı müəllimiliyi” ixtisası üzrə 2401B qrupunda “İfadəli oxu” fənni üzrə imtahan şifahi formada keçirilmişdir. Komissiya üzvləri imtahanda iştirak edən 30 tələbənin hər birinin cavabını diqqətlə dinləmiş və qiymətləndirmişlər.



