Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2025/2026-cı tədris ilinin payız imtahan sessiyası uğurla davam edir. Ötən müddət ərzində keçirilən imtahanlarda hər hansı bir qayda pozuntusunun olmaması üçün müntəzəm tədbirlər həyata keçirilir. Belə ki, filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev sessiya müddətində dəfələrlə imtahan prosesi ilə bağlı olan nəzarətçilərlə, buraxılış rejimini həyata keçirən şəxslərlə, nəticələrindən narazı qalan tələbələrlə, eyni zamanda yazı işlərini yoxlayan müəllimlərlə görüşmüş, tövsiyələrini vermiş, müəyyən iradlarını bildirmişdir. Sonuncu belə görüş imtahan prosesini müşahidə edən nəzarətçilərlə olmuşdur. Direktor professor Yusif Aliyev payız imtahan sessiyası müddətində müşahidə olunan neqativ hallar barədə ətraflı danışmış, onların aradan qaldırılması üçün tövsiyyələrini vermişdir.





