ADPU – nun Quba filialında 14 may 2026 – ci il tarixində Keyfiyyətin Təminatı Şöbəsinin təşkilatçılığı ilə Keyfiyyət elçiləri ilə görüş keçirilmişdir. Görüşün əsas məqsədi filialda tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrin tədris prosesi ilə bağlı rəy və təkliflərinin öyrənilməsi, eləcə də “Keyfiyyət Mədəniyyəti”nin inkişaf etdirilməsi istiqamətində tələbə iştirakçılığının gücləndirilməsi olmuşdur. Görüşdə Keyfiyyətin Təminatı Şöbəsinin əməkdaşları tərəfindən Keyfiyyət Təminatı mexanizmləri, tələbə məmnunluğunun qiymətləndirilməsi, akademik mühitin təkmilləşdirilməsi və tələbələrin bu proseslərdə rolu barədə məlumat verildi. Keyfiyyət elçiləri tərəfindən müxtəlif təkliflər səsləndirilib, tələbələri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Sonda tələbələrin sualları cavablandırılıb, səsləndirdikləri təklif və iradların nəzərə alınacağı qeyd olunub.



