Quba filialında innovativ tədris yanaşmalarının tətbiqi istiqamətində növbəti mühüm addım atılıb

15.04.2026
Quba filialında innovativ tədris yanaşmalarının tətbiqi istiqamətində növbəti mühüm addım atılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında birgə tədris modeli çərçivəsində “Tarix müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarında təhsil alan tələbələr üçün nümunəvi dərs təşkil olunmuşdur. Təqdim edilən dərs modeli fənlərarası inteqrasiyanın gücləndirilməsi, tələbələrin analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi və müasir pedaqoji yanaşmaların tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Dərs siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi Nurəddin İbrahimov və filialın Ümumi fənnlər kafedrasının baş müəllimi Günel Şadlinskaya tərəfindən yüksək peşəkarlıqla icra olunmuşdur.

Tədbir çərçivəsində tələbələr fəal iştirak nümayiş etdirərək müzakirələrə qoşulmuş, təqdim olunan mövzulara multidissiplinar yanaşma sərgiləmişlər. Bu cür birgə dərs modelləri gələcək müəllimlərin peşə hazırlığının yüksəldilməsinə, eləcə də tədris prosesində innovativ metodların geniş tətbiqinə mühüm töhfə verir.

ADPU-nun Quba filialı gələcəkdə də təhsil keyfiyyətinin artırılması və müasir çağırışlara uyğun kadr hazırlığının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?