Quba filialında idarəetmə mexanizmlərinin rəqəmsallaşdırılması və operativliyin artırılması məqsədilə növbəti işgüzar iclas keçirilib.

08.10.2026
Quba filialında idarəetmə mexanizmlərinin rəqəmsallaşdırılması və operativliyin artırılması məqsədilə növbəti işgüzar iclas keçirilib.

İclasda filialın direktoru, professor Yusif Alıyev giriş nitqi ilə çıxış edərək müasir dövrdə ali təhsil müəssisələrində idarəetmənin şəffaflığı, çevikliyi və vaxta qənaət baxımından elektron sənəd dövriyyəsi sisteminin əhəmiyyətini xüsusi vurğulayıb. Professor Yusif Alıyev bildirib ki, rəqəmsal transformasiya tə failliyinin artırılması, kağız daşıyıcılarından mərhələli şəkildə imtina edilməsi və arxiv işinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran hədəflərdəndir. İclas iştirakçılarına bu sistemin işləmə mexanizmləri, məlumat təhlükəsizliyi və icra intizamının gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib, müvafiq fikirlər səsləndirilib.

​Müzakirələrin davamında şöbə müdirləri Mahirə Malıyeva və Seyid Cabbarov çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıb, rəqəmsal idarəetmənin struktur bölmələrinin gündəlik fəaliyyətinə və sənədlərin arxivləşdirilməsinə təsirləri barədə öz münasibətlərini bildiriblər. Onlar struktur daxilində elektron imza, daxili əmrlərin və məktubların izlənilməsi mexanizmlərinin tətbiqi ilə bağlı təkliflərini diqqətə çatdırıblar.

​İclasın yekununda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, qarşıdakı dövr üçün görüləcək işlər müəyyənləşdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?