Quba filialında “Güclü cəmiyyətin zərif simaları” adlı layihənin təqdimatı keçirilib

22.04.2024
Quba filialında “Güclü cəmiyyətin zərif simaları” adlı layihənin təqdimatı keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Güclü cəmiyyətin zərif simaları” adlı layihənin təqdimatı məqsədilə aprelin 19-da ADPU-nun Quba filialında ölkəmizdə fərqli sahələrdə uğur qazanmış qadınlarla TEDx formatında görüş təşkil olunub.

Tədbirdə çıxış edənlər Azərbaycan qadınının yüksək insani keyfiyyətlərindən, mənəvi dəyərlərin formalaşması, inkişafı, qorunması və nəsildən-nəslə ötürülməsində müstəsna rolundan danışıb, tarixin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həllində qadınların öz sanballı töhfələrini verməsinə diqqət çəkiblər. Həmçinin bildirilib ki, dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətinin nəticəsi olaraq ölkəmizdə qadınların səlahiyyətləndirilməsi, onların cəmiyyətin hər sahəsində öz potensiallarını reallaşdırması və layiqli mövqe tutması üçün geniş imkanlar yaradılır. Bu sahədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihə və tədbirlərin xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.

Tədbir Quba RİH -nin məsul əməkdaşı Aynur Yəhyayeva, Qərbi Kaspi Universitetinin Kollecinin direktoru Emilya Səfərəliyeva və “Safavy” onlayn təhsil platformasının həmtəsisçisi və icraçı direktoru, həmçinin şəxsi inkişaf üzrə mentor Könül Quliyevanın TEDx formatında təşkil olunan çıxışları ilə davam edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?