Quba filialında gənclər üçün müxtəlif təlimlər keçirilib

25.11.2025
Quba filialında gənclər üçün müxtəlif təlimlər keçirilib

ADPU-nun Quba filialında “Mentis ” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Musa Məmmədzadə tərəfindən “Boşanma və ya itki yaşayan uşaqlarla psixoloji iş” , “İbtidai siniflərdə interaktiv təlim metodları” mövzusunda təlimlər keçirilmişdir.

İştirakçılara uşaqlarda itki, boşanma və ailə dəyişikliklərinin yaratdığı emosional çətinliklər, həmçinin onların dəstəklənməsi üçün tətbiq olunan psixoloji yanaşmalar haqqında ətraflı məlumat verilmişdir.

İştirakçıların aktivliyi, mövzuya olan həssas yanaşması və maraqlı diskusiyalar təlimin effektivliyini daha da artırdı. Təlim sual-cavabla davam etdi.Təlimlərdə həmçinin Mentis Psixoloji və Nitq İnkişaf Mərkəzinin “Keyfiyyətə nəzarət və valideynlərlə iş” şöbəsinin əməkdaşı Aysel Zülfüqarova da iştirak etmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?