
24 may 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri üçün “CareerLab” şəbəkəsi çərçivəsində “Pedaqoji karyera planlanması və müasir çağırışlar” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbir Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Rəsmi açılış hissəsində GİKM-in Quba-Xaçmaz Regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev tərəfindən gənclərə “CareerLAB” şəbəkəsi haqqında məlumat verib. Forumda spikerlər Azərbaycan Gənc Müəllimlər Assosiasiyasınən sədri Pərvinə Qədimova, gənc müəllimlər Günel Əkbər, Yasəmən Sofiyeva, Əli Əlizadə – müxtəlif mövzular ətrafında çıxışlar ediblər.
Panel müzakirəsində təhsil sahəsində aktual dəyişikliklər, gənclərin karyera planlaması, tələbləri və şəxsi inkişaf yolları barədə geniş fikir mübadiləsi aparılıb.
Forum tələbələrin suallarının cavablandırılması və interaktiv müzakirələrlə yekunlaşıb.
Qeyd: Forum Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin
birgə təşkilatçılığı ilə keçirilib.









