Quba filialında “Gələcəyin izi: könüllülükdən liderliyə” adlı tədbir keçirilib

19.10.2026
Quba filialında “Gələcəyin izi: könüllülükdən liderliyə” adlı tədbir keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə filialda “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Gələcəyin izi: könüllülükdən liderliyə” mövzusunda maarifləndirici tədbir keçirilib.

​Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba filialının Tələbə, məzun və karyera şöbəsinin müdiri Hikmət Musayev gənclərin şəxsi və peşəkar inkişafında könüllülük fəaliyyətinin rolundan, filialda bu istiqamətdə görülən işlərdən və gənclər üçün yaradılan geniş imkanlardan ətraflı bəhs edib.

​Daha sonra Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin məsul əməkdaşı Elsevər Bayramov çıxış edərək gənclərin könüllülük fəaliyyətinə cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili, müxtəlif təlim və layihələr vasitəsilə bilik və bacarıqlarının artırılması istiqamətində regional idarə tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

​Filialın I və III kurs tələbələrinin iştirak etdiyi tədbir böyük maraqla qarşılanıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?