Quba filialında Elmi-Metodiki Şuranın iclası keçirilib.

24.04.2026
Quba filialında Elmi-Metodiki Şuranın iclası keçirilib.

24 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Elmi-Metodiki Şuranın növbəti iclası keçirilib. İclas filialın inzibati binasında əyani formada baş tutub. İclası tədris və elmi işlər üzrə direktor müavini p.f.d Pərvanə Rzayeva açıq elan edib.

İclasın gündəliyinə uyğun olaraq bir sıra mühüm məsələlər müzakirə edilib. İlk olaraq Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini, Humanitar elmlər kafedrasının baş müəllimi, t.f.d. Mürvət Əliyevin hazırladığı “Şeyxəli xan” monoqrafiyası ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra Humanitar elmlər kafedrasının baş müəllimi Kamal Kamalov tərəfindən hazırlanmış “Sosial işdə idarəetmə”, “Azərbaycanda sosial yardım sistemi” və “Zərərli vərdişlərin aludəçiləri ilə sosial iş” fənn proqramlarına baxılıb və müvafiq rəy və təkliflər səsləndirilib. Bununla yanaşı, Ümumi fənlər və təbiət elmləri kafedrasının müəllimi, Keyfiyyətin təminatı şöbəsinin aparıcı mütəxəssisi Eldəniz Quliyevin hazırladığı bir sıra metodiki vəsaitlər – “Ali təhsildə müasir təlim üsulları və təlimin təşkili formaları”, “Məktəbəqədər təhsildə müasir yanaşmalar”, “Ali təhsil müəssisələrində refleksiya və nəticəyönümlü tədris” mövzularında materiallar da müzakirə edilib.

İclasda gündəlikdə duran digər cari məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, müzakirə olunan materialların tədris prosesində tətbiqi və keyfiyyətin artırılması istiqamətində əhəmiyyətli rol oynayacağı vurğulanıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?