Quba filialında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə birgə tədbir keçirilib

19.01.2026
Quba filialında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə birgə tədbir keçirilib

Dekabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə birgə tədbir keçiriblər.

Filialın ev sahibliyi etdiyi tədbir Heydər Əliyev lektoriyasında təşkil olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bit dəqiqəlik sükutla yad edilib.

✅Çıxışında xalqımızın milli-azadlıq mübarizəsinin ayrıa-yrı istiqamətlərinə geniş yer ayıran Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 Dekabrın – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Professor çıxışında 22 aprel 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilməsinə diqqət çəkərək bildirib ki, azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsini və bu qurultayın adının Zəfər Qurultayı olması, xalqımızın hər zaman bundan sonra da belə fəxarət dolu həmrəylik yaşaması, müstəqilliyin əbədi olması üçün hər bir azərbaycanlı ömürboyu həmrəy olmağı bacarmalıdır. Direktor çıxışını Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri ilə yekunlaşdırıb: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Professor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

✅Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, polkovnik Yasin Aşurov böyük qürur hissi ilə qeyd edib ki, II Qarabağ müharibəsi zamanı statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Bundan sonra da həmrəyliyimizin davamlı olması isə gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyəsindən asılı olduğunu diqqətə çatdıran polkovnik Yasin Aşurov bildirib ki, Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbəri ilə qürur duydu. Məhz Prezident İlham Əliyevin vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Polkovnik çıxışını “Hamını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, 2025-ci ilin xalqımız və dövlətimiz üçün yeni uğurlar ili olmasını arzulayıram” deyə yekunlaşdırıb.

✅Daha sonra çıxış edən natiqlər – şöbə rəisinin müavini mayor Yasin Məcidov, Filialın əməkdaşları Nübar Bayramova, t.ü.f.d Mürvət Əliyev, Nəhayət Şirinovanın çıxışlarında diqqətə çatdırılıb ki, Müzəffər Ali baş Komandan İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərin əbədiyyətə qədər bütün türk dünyasının qürur mənbəyi olacaqdır. Bu Zəfər həm də həmrəyliyimizin nümunəsidir.

✅Tədbirin sonunda il ərzində gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində, keçirilən ictimai tədbirlərdə fəal iştiraklarına, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə bu sahədə verdikləri dəstəyə görə, filialın direktoru professor Yusif Alıyev, direktor müavini p.ü.f.d Aysel Şeydayeva, Humanitar və təbiət elmləri fakültəsinin dekanı b/m Nübar Bayramova və Filologiya kafedrasının baş müəllimi Kəmalə Bayramova qurumun Fəxri Fərmanı ilə təltif ediliblər.

Sonda xatirə fotosu çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?