Quba filialında “Bir tələbə – bir abidə” adlı maarifləndirici layihə təşkil olunub

18.05.2026
Quba filialında “Bir tələbə – bir abidə” adlı maarifləndirici layihə təşkil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən tələbələr arasında “Şəhərsalma və Memarlıq İli” və “Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Respublikasının Mədəniyyət konsepsiyası çərçivəsində “Bir tələbə – bir abidə” adlı maarifləndirici layihə təşkil olunub. Layihənin əsas məqsədi gənclər arasında milli-mədəni irsin qorunması, tarixi abidələrin tanıdılması və onların gələcək nəsillərə çatdırılması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olub. Layihə çərçivəsində tələbələr Şabranın müxtəlif tarixi abidələr haqqında araşdırmalar apararaq təqdimatlarla çıxış ediblər. Təqdimatlarda tarix və memarlıq abidələrinin yaranma tarixi, memarlıq xüsusiyyətləri və tarixi əhəmiyyəti barədə geniş məlumat verilib. Təqdimatlar münsiflər heyəti tərəfindən məzmun, araşdırma səviyyəsi, təqdimetmə bacarığı və mövzuya yaradıcı yanaşma baxımından qiymətləndirilib. Layihənin əsas iştirakçısı olan filialın Tarix müəllimliyi ixtisasının tələbələri arasında xüsusi fəallıq göstərən və ən yaxşı çıxış edən tələbələr “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən mükafatlandırılıb və təltif edilmişdilər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?