Quba filialında beynəlxalq təlimlərə başlanılıb

09.04.2026
Quba filialında beynəlxalq təlimlərə başlanılıb

8 aprel tarixindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında təşkil olunmuş “PISA tədqiqatına əsaslanan təhsilin keyfiyyətinin artırılmasında innovativ metod və texnologiyaların rolu” mövzusunda təlim proqramı öz işinə start vermişdir.

Təlim proqramında iştirak etmək üçün filialda qonaq olan Qazaxıstan Respublikasının müəllimlər heyəti ilk olaraq Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir.

Ziyarət çərçivəsində kompleksin bələdçisi Emin Ulubəyov qonaqlara Quba Soyqırımı Memorial Kompleksinin yaradılma tarixi və məqsədi haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, kompleks azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqlardan biri olan Quba məzarlığının aşkar edilməsi əsasında salınmışdır. Eyni zamanda vurğulanmışdır ki, XX əsrin əvvəllərində indiki Azərbaycan, Türkiyə və İran ərazilərində aşkar olunmuş kütləvi məzarlıqlarda dəfn edilən insanların erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilmiş azərbaycanlılara aid olduğu tarixi faktlarla təsdiqini tapmışdır.

Qeyd etmək lazımdır ki, Qazaxıstan Respublikasından ölkəmizə ezam olunmuş pedaqoji heyət bir neçə gün ərzində müxtəlif aktual mövzular üzrə təşkil olunan təlim proqramlarında iştirak edərək peşəkar bilik və bacarıqlarını daha da təkmilləşdirmək imkanı əldə edəcəkdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?