ADPU-nun Quba filialının təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və Novruz Bayramı münasibətilə “Novruz təntənəsi: Etnomədəni ənənələr və milli kimlik kontekstində” adlı bayram tədbirində filialın professor – müəllim kollektivi, əməkdaşları və tələbələrinin birgə səyi ilə
Novruz bayramına həsr edilmiş ” Dost qəlblərin Novruzu” adlı Bayram Sərgisi təşkil edilib.
Sərgiyə filialın direktoru professor Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyətinin Başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, AYB – nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, iş adamı Elxan Əliyev digər qonaqlarla birgə baxış keçiriblər.


















