Quba filialında apellyasiya komissiyasının növbəti komissiyası keçirilib.

02.07.2026
Quba filialında apellyasiya komissiyasının növbəti komissiyası keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında ali təhsilin keyfiyyət standartlarına uyğun olaraq, payız və yaz semestrlərinin imtahan sessiyaları dövründə tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və sosial ədalətin qorunması diqqət mərkəzində saxlanılır. Bu xüsusda, imtahan prosesinin gedişatında tələbələrin yarana biləcək hər növ apellyasiya şikayətləri filial rəhbərliyinin birbaşa nəzarəti altında operativ, vaxtında və tam ədalətli şəkildə təmin edilir. Hüquqi və pedaqoji prinsiplərə əsaslanan bu yanaşma, təhsilalanların akademik hüquqlarının qorunmasında və universitet-tələbə münasibətlərinin sağlam zəmində qurulmasında fundamental rol oynayır.

​2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsindəki hər hansı subyektiv yanaşmaları tamamilə istisna etmək, daxil olan müraciətləri və şikayətləri dərindən araşdırmaq, eləcə də qiymətləndirmədəki yekun düzgünlüyü rəsmi olaraq təmin etmək məqsədilə filialda yüksək ixtisaslı professor-müəllim heyətindən və struktur rəhbərlərindən ibarət xüsusi Apellyasiya Komissiyası yaradılmışdır. Komissiyaya rəhbərliyi Ümumi fənlər və təbiət elmləri kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən (v.m.i.e.).pedaqogika üzrə fəlsəfə doktoru (P.f.d.) Cəlilova Lətifə Qəribağa qızı edir.

​Komissiyanın tərkibinə filialın tədris, keyfiyyətin təminatı, müvafiq fakültə və kafedralarının rəhbər idarəçiləri ilə yanaşı, təcrübəli baş müəllimləri və dosentləri cəlb olunmuşdur. Geniş tərkibdə formalaşdırılmış bu komissiya hər bir şikayəti fərdi və obyektiv meyarlarla, tələbənin imtahan işini yenidən dərindən təhlil edərək rəy bildirir.

​Müasir ali təhsil quruculuğunda böyük əhəmiyyət kəsb edən apellyasiya komissiyasının fəaliyyəti, bütövlükdə imtahan sistemində şəffaflığın və hesabatlılığın artırılmasına, habelə təhsil müəssisəsinin idarəetmə mexanizmlərinə olan ictimai etimadın möhkəmləndirilməsinə birbaşa xidmət edir. Bu mexanizmin çevik fəaliyyəti sayəsində imtahan prosesi təkcə cari qiymətləndirmə mərhələsi kimi qalmır, həm də daha obyektiv, ədalətli, qərəzsiz və tərəfdaşlıq prinsiplərinə əsaslanan etibarlı bir xarakter alır.

​Beləliklə, fəaliyyət göstərən apellyasiya komissiyası ADPU-nun Quba filialında tədrisin keyfiyyətinə nəzarət sisteminin, imtahanların mütəşəkkil, düzgün, qanunvericiliyin tələblərinə tam uyğun və ədalətli keçirilməsinin ən vacib institusional təminatçılarından biri kimi çıxış edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?