Quba filialında 3 Mart-Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar tədbir keçirilib

04.03.2026
Quba filialında 3 Mart-Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar tədbir keçirilib

03.03.2026-cı il tarixində 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Şahdağ Milli Parkının əməkdaşları tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və Şahdağ Milli Parkının təşkilatçılığı ilə “3 Mart-Ümumdünya Vəhşi Təbiət Günü” mövzusunda tədbir keçirilmişdir.

Tədbir filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilib. Filialın 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Flora Valisli,

Şahdağ Milli Parkının rəhbəri Şahbaba Salmanov, Şahdağ Milli Parkının əməkdaşı Rəvayət Nəzərov, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisi Ülkər Əhmədova çıxış edərək tələbələrə mövzu üzrə lazımı bilgiləri vermişdilər.

İnteraktiv şəkildə keçən tədbir çərçivəsinsə ekoloji problemlər və ətraf mühitin mühafizəsi barədə məlumat verilərək, bu sahəyə diqqətin artırılması iştirakçıların nəzərinə çatdırılıb. Həmçinin tələbələrə maarifləndirici bukletlər paylanılıb. Daha sonra isə, tələbələrin Şahdağ Milli Parkının Quba-Tüləkəran-Teymurxan dərəsi marşrutu üzrə ekskursiyası təşkil olundu, Milli Parkın biomüxtəlifliyi barədə ətraflı məlumat verilib. Tədbirdə ümumilikdə 50 nəfər iştirak etmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?