Quba filialında 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunub

19.10.2026
Quba filialında 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunub

ADPU-nun Quba filialının təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş “18 Oktyabr – Milli iradəmizin təntənəsi” adlı tədbir baş tutub.

​Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əziz şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

​Açılış nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva hazırda Özbəkistanda işgüzar səfərdə olan filialın direktoru fizika elmləri doktoru, professor Yusif Alıyevin adından tədbir iştirakçılarını salamlayaraq təbriklərini çatdırıb.

​Daha sonra tədbir Filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə davam edib.

​Mərasimdə çıxışçılar – Humanitar elmlər kafedrasının baş müəllimi, Prezident mükafatçısı, Əməkdar mədəniyyət xadimi Elza Orucova, dekan müavini, tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev və filialın tələbəsi, Xəmsə Kitab Klubunun sədri, TGT sədr müavini Əli Daşdəmirov çıxış edərək günün əhəmiyyətindən, dövlət müstəqilliyimizin bərpasının tarixi rolundan və milli iradəmizin təntənəsindən bəhs ediblər.

​Tədbir çərçivəsində öz yaradıcılığı və istedadı ilə seçilən tələbələrin ifasında şeirlər səsləndirilib. Filialın Filologiya kafedrasının qabaqcıl müəllimlərinin, müvafiq struktur rəhbərlərinin və gənc şair Günəş İskəndərovun da iştirakı ilə yaradılan Komissiya tələbələrin şeirlərini dinləyib. Ümumi müzakirədən sonra təqdim edilən meyarlar əsasında aparılan qiymətləndirməyə uyğun olaraq tələbələr I, II və III yerləri bölüşərək diplomlarla təltif olunublar. Digər ümumi iştirakçılara sertifikatlar təqdim edilib.

​Tədbirin təşkilatçısı, “Xəmsə” Kitab Klubunun sədri Əli Daşdəmirov fəxri diplomla təltif edilib. Həmçinin qalib tələbələrə filialın Kitabxana və elektron resurslar şöbəsi tərəfindən müxtəlif kitablar hədiyyə olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?