Quba filialında 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

02.03.2026
Quba filialında 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə keçirilən maarifləndirici tədbirin əsas hədəfi professor-müəllim heyəti və tələbə kollektivini fövqəladə hallar zamanı düzgün davranış qaydaları, ekoloji risklərin idarə edilməsi və dayanıqlı gələcək üçün mülki müdafiə strategiyaları ilə tanış etmək olub.

​Tədbiri giriş sözü ilə açan filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini, Mülki Müdafiə Qərargah rəisi p.f.d. Aysel Şeydayeva bu əlamətdar günün beynəlxalq əhəmiyyətindən və cəmiyyətin təhlükəsizliyində oynadığı mühüm roldan bəhs edib. Daha sonra Vətən müharibəsi iştirakçısı, hərbi rəhbər Tarıyel Ağasıyev “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda məruzə ilə çıxış edərək, texnogen qəzaların qarşısının alınması və böhran anlarında kollektivin atmalı olduğu praktik addımları ətraflı izah edib. O, insan həyatının xilas edilməsi və mövcud resursların səmərəli idarə olunması istiqamətində vacib tövsiyələrini diqqətə çatdırıb.Tədbir kollektivin bu sahədəki biliklərinin təkmilləşdirilməsi və praktik vərdişlərin qazanılması baxımından yüksək qiymətləndirilib.

Qeyd edək ki, döyüşlərdə göstərdiyi şücaətlərə görə Taryel Ağasıyev “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.

O, hazırda müəllim kimi gənclərin vətənpərvərlik ruhunda böyüməsi istiqamətində çalışır. Qəhrəman döyüşçü şəhid Hikmət Hüseynov adına Quba şəhər 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə “Çağırışaqədərki hazırlıq” fənnini tədris edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?