Quba Filialı “Gilas Marafonu #2”də yüksək fəallıq nümayiş etdirdi!

18.06.2026
Quba Filialı “Gilas Marafonu #2”də yüksək fəallıq nümayiş etdirdi!

Quba rayonunun füsunkar Səbətlər kəndində idmansevərlərin böyük marağına səbəb olan “Gilas Marafonu #2” qaçış marafonu möhtəşəm ab-havada baş tutub. Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Quba Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn, gənclər arasında sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilini hədəfləyən bu böyük idman layihəsinin rəsmi təşkilatçıları sırasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı da uğurla yer alıb. Tədbirin yüksək səviyyədə təşkili, idarə olunması və koordinasiya işlərində filialımızın nümayəndə heyəti xüsusi fəallıq göstərib. Tələbə, məzunlarla iş və karyera şöbəsinin müdiri Hikmət Musayev, filialın əməkdaşları Fatimə Allahverdiyeva, Eldəniz Quliyev və universitetimizin hər zaman fəal, enerjili könüllü tələbələri marafonda yaxından iştirak edərək təşkilati işlərin öhdəsindən layiqincə gəliblər. Komandamız həm idman ruhu, həm də yüksək təşkilatçılıq bacarığı ilə seçilərək universitetimizi layiqincə təmsil edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən marafonda iştirakçılar 10 km və 21 km məsafələr üzrə yürüşdə güclərini sınayıblar. Yarış boyu qaçışçıların qidalanması və nəqliyyat təminatı təşkilatçılar tərəfindən yüksək səviyyədə reallaşdırılıb, finiş xəttini uğurla keçən idmançılara və qaliblərə xüsusi medallar, müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Filialımızın rəhbərliyi adından tədbirin ərsəyə gəlməsində əməyi keçən şöbə müdirimizə, əməkdaşlarımıza və bizləri qürurlandıran bütün könüllü tələbələrimizə dərindən təşəkkür edir, onlara yeni yaradıcı və idman uğurları arzulayırıq!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?