Quba filialı bu il tələbələrə yalnız ali təhsil deyil, həm də yeni imkanlar təqdim edir.

16.09.2026
Quba filialı bu il tələbələrə yalnız ali təhsil deyil, həm də yeni imkanlar təqdim edir.

Təhsilimizdə baş verən ilklərdən olan təhsil-biznes əməkdaşlığı çərçivəsində, ADPU-nun Quba filialı ilə Grotto Resort & Restaurant arasında imzalanmış memorandum əsasında filialımıza 400-dən yuxarı balla qəbul olunan tələbələr arasından ən yüksək nəticə göstərən iki tələbəyə hər ay 100 manat məbləğində adlı təqaüd verilməsidir.

​Təqaüdlər Azərbaycan maarifçilik və elm tarixində özünəməxsus yeri olan iki görkəmli şəxsiyyətin adını daşıyacaq və bu il həmin təqaüdlərə layiq görülən tələbələrimiz:

​• Professor Əliheydər Orucov adına təqaüd:

​Aysu Rəşad qızı Mustafayeva — Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına 608 balla qəbul olunmuşdur.

​• Səkinə xanım Axundzadə adına təqaüd:

​Elşad Əzizulla oğlu Musayev — Riyaziyyat müəllimliyi ixtisasına 613 balla qəbul olunmuşdur.

​Bu təşəbbüs bizim üçün sadəcə maddi dəstək proqramı deyil. Bu, yüksək nəticənin qiymətləndirilməsi, istedadlı gənclərin təşviqi, universitet–biznes əməkdaşlığının real nəticəyə çevrilməsi və regionda ali təhsilin imkanlarının genişləndirilməsi deməkdir.

​Biz inanırıq ki, universitet yalnız diplom verən məkan olmamalıdır. Universitet tələbənin bacarığını üzə çıxarmalı, uğurunu qiymətləndirməli, onun gələcəyə daha inamla addımlamasına şərait yaratmalıdır.

Rəqəmsal gələcəyə doğru…

…doğru seçimlə birlikdə addımlayaq!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?