Nümayəndə heyətində PhD, dosent Kasabolat Aygül, PhD, dosent Ospanbekova Meyrgül Nesipbekovna və magistr Saniya Jumabayeva və bir neçə müəılim yer alıb. Səfər çərçivəsində qonaqlar tərəfindən məlumat xarakterli seminar təşkil edilmiş, təqdimatlar zamanı müasir pedaqoji yanaşmalar, innovativ tədris metodları və beynəlxalq təcrübə ilə bağlı ətraflı məlumat verilmişdir.
Proqram çərçivəsində qonaqlar filialda müxtəlif ixtisaslar üzrə keçirilən dərslərdə iştirak etmiş, tədris prosesini yerində müşahidə edərək ali təhsil mühitinin təşkili ilə yaxından tanış olmuşlar. Bununla yanaşı, “Təhsildə trendlər” mövzusunda keçirilən təlimlərdə çağdaş təhsil modelləri, rəqəmsallaşma və tələbəyönümlü yanaşmalar geniş şəkildə müzakirə olunmuşdur.
Səfərin davamında nümayəndə heyəti filialın Özbəkistan–Azərbaycan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində pedaqoji kollektivlə görüş keçirmişdir. Görüş zamanı tərəflər arasında elmi-pedaqoji sahədə əməkdaşlıq imkanları, akademik mübadilə və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbirin sonunda qonaqlar tərəfindən təqdim olunan simvolik hədiyyələr kollektiv üzvlərinə təqdim edilmiş, bu cür qarşılıqlı səfərlərin elmi-mədəni əlaqələrin genişlənməsinə və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəyi vurğulanmışdır.














