Professor Yusif Alıyevin yüksək bal toplayan gənclərlə görüşü keçirilib

25.09.2026
Professor Yusif Alıyevin yüksək bal toplayan gənclərlə görüşü keçirilib

Bilik Günü tədbirlərinin davamı olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, fizika elmləri doktoru, qabaqcıl təhsil işçisi professor Yusif Alıyev cari tədris ilində ən yüksək bal toplayaraq filialın tələbə adını qazanan gənclərlə rəsmi və səmimi görüş keçirib.

​Filialın nəzdində fəaliyyət göstərən Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində baş tutan bu əlamətdar görüşdə universitetin struktur rəhbərləri də iştirak ediblər.

​Görüş zamanı professor Yusif Alıyev yüksək nəticə göstərərək 500-dən yuxarı bal toplayan və Quba filialını seçən gəncləri bir daha təbrik edib, onların hər biri ilə ayrı-ayrılıqda maraqlanıb. Direktor qeyd edib ki, bu gün Azərbaycan gəncliyi üçün dövlət səviyyəsində yaradılan geniş imkanlar, eləcə də ölkəmizin hər bölgəsində təhsilə göstərilən ali diqqət gələcəyin peşəkar kadrlarının yetişməsində əsas təməldir. Türk dünyasının ortaq mədəniyyət ocağında baş tutan söhbət zamanı gənclərə geniş elmi-pedaqoji mühitdə fəal olmaq, milli-mənəvi dəyərlərə sadiq qalmaq və müasir çağırışlara cavab verən yüksək ixtisaslı mütəxəssis kimi formalaşmaq istiqamətində dəyərli tövsiyələr verilib.

​Tələbələr isə öz növbələrində onlara göstərilən yüksək diqqət və səmimi qəbuldan duyduqları qüruru ifadə edərək, adlarını qazandıqları Pedaqoji Universitetin Quba filialının adını hər zaman uca tutacaqlarına, dərslərində və elmi fəaliyyətlərində maksimum nəticə göstərəcəklərinə söz veriblər. Görüş xatirə şəkillərinin çəkdirilməsi və səmimi fikir mübadiləsi ilə yekunlaşıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?