Professor Yusif Alıyev Quba filialının müəllimi Fidan Salmanlının dərsini dinləyib

25.11.2025
Professor Yusif Alıyev Quba filialının müəllimi Fidan Salmanlının dərsini dinləyib

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında tədris prosesində tətbiq olunan yeniliklərin izlənilməsi, faydalı təkliflərin daha geniş şəkildə yayılması ənənə halını alıb. Dərslərdə birbaşa iştirak edən Pedaqoji Universitetin Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika üzrə elmlər doktoru, professor Yusif Alıyev bu dəfə Ümumi fənnlər və təbiət elmləri kafedrasının müəllimi Fidan Salmanlının dərsində olub.

Müəllimin Məktəbəqədər təhsil müəssisələrində ailələrlə işin təşkili fənnində “Ailələrlə səmərəli əməkdaşlıq metodları. Valideynlərin bağça fəaliyyətinə cəlb edilməsi” seminar mövzusunu dinləyən professor Yusif Alıyev dərs prosesində müzakirələrə qatılıb.

Süni intellektin həyatımızdakı rolu, ailələrlə əməkdaşlıq metodları, valideyn iclasının təşkili qaydaları, fərdi və kollektiv əlaqə formaları, valideynlər üçün təlimlər və s. məsələlər haqqında fikir və düşüncələrini bölüşən müəllim tələbələrə konkret suallar ünvanlamış, onların biliyini qiymətləndirmişdir.

Dərsin təşkili və tədris metodunda razı qaldığını ifadə edən professor Yusif Alıyev müəllim və tələbələrə tövsiyələrini vermiş, onları eyni zamanda filialın ictimai-ideoloji həyatında daha fəal olmağa çağırmışdır.

Filialın beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini diqqətə çatdıran direktor əminliklə deyib ki, xarici əlaqələrin şaxələnməsi həm pedaqoji heyət, həm də tələbə və məzunlar üçün beynəlxalq ömrüboyu təhsil ailəsinin üzvü olmağa əlavə şanslar yaradır. professor Yusif Alıyev deyib: “Filial müəllimlərinin tədris prosesinə cəlb etdikləri faydalı yeniliklər təqdirəlayiqdir. Bütün bunların dərindən öyrənilməsi və pedaqoji heyət arasında inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir”.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?