Professor Yusif Alıyev bir sıra dərslərdə iştirak edib

19.01.2026
Professor Yusif Alıyev bir sıra dərslərdə iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev filialda payız semestrin başa çatması ilə əlaqədar olaraq bəzi son dərslərdə iştirak edib.

Direktorun iştirak etdiyi dərslərdən biri də “Tarix müəllimliyi” ixtisasının TM 2401 qrupu olmuşdur.

Əvvəlcə dekan müavini, Humanitar elmlər kafedrasının baş müəllimi, t.ü.f.d. Mürvət Əliyev direktora tədris proqramının vəziyyəti, tələbələrin mənimsəmə səviyyəsi, qiymətləndirmənin nəticələri barədə ümumi məlumat verib. Tələbələrin də fikir və düşüncələrini öyrənən professor Yusif Alıyev prosesdən və nəticələrdən razı

qaldığını ifadə edib.

Dərsdə l Dünya müharibəsi haqqında tələbələrin ərsəyə gətirdiyi video çarx nümayiş etdirilib, slaydlarla mövzu geniş şəkildə izah edilib. Sonra I dünya müharibəsinin səbəb və nəticələri tələbələrlə diskussiya şəklində geniş müzakirə edilib. Mühazirə çərçivəsində I dünya müharibəsinə qatılan beynəlxalq güclərin əsasən Osmanlı dövlətinin ərazilərini ələ keçirməyi hədəf aldıqlarını bildirən t.ü.f.d M.Əliyev eyni zamanda hazırkı dövrdə Azərbaycan-Türkiyə müttəfiqliyinin qlobal siyasi proseslərə gətirdiyi yeniliklərə də toxunub.

Sonrakı müzakirə qarşılıqlı fikir mübadiləsinə çevrilib.

Dünya müharibələri barədə müqayisəli şəkildə fikirlərini ifadə edən direktor həmçinin çoxşaxəli öyrənmə istiqamətləri barədə təcrübəsini tələbələrlə bölüşüb.

Tələbələr də söz alaraq direktorun dərslərdə imtahan öncəsi iştirak etməsinin onlara xüsusi stimul verdiyini bildirdilər. Sonda tələbələrin göytürk əlifbası ilə yazdıqları Azərbaycan himni Professor Yusif Alıyevə hədiyyə edilib.

Direktor Yusif Alıyev imtahan prosesinin ədalətli və şəffaf keçirilməsinə dair tədbirləri və yenilikləri də tələbələrlə bölüşüb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?