“Azərbaycan müəllimi” qəzetinin 6 iyun 2026-cı il tarixli sayında ADPU-nun Quba filialının tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayevanın “Poetik pedaqogikanın milli-mənəvi əsasları” adlı dəyərli məqaləsi işıq üzü görüb.
Məqalədə tanınmış alim və ictimai xadim, incə ruhlu şairə, professor Mahirə xanım Hüseynovanın zəngin bədii irsi “Mahirə Nağıqızı poeziyası tədqiqat işığında” yarımbaşlığı altında dərindən təhlil olunub. Pərvanə Rzayeva öz yazısında professor Mahirə Hüseynovanın yaradıcılığındakı poetik pedaqogika çalarlarını, milli-mənəvi dəyərlərin gənc nəslin təlim-tərbiyəsindəki rolunu yüksək akademik səviyyədə dəyərləndirib.
Müəllif haqlı olaraq vurğulayır ki, Mahirə Nağıqızının poeziyası sadəcə bədii bir kəşf deyil, həm də milli kimliyimizi, dilimizin zənginliyini və vətənpərvərlik duyğularını aşılayan böyük bir tərbiyə məktəbidir.
Dəyərli həmkarımız Pərvanə xanımı bu uğurlu elmi-publisistik məqaləsi münasibətilə təbrik edir, professor Mahirə xanım Hüseynovaya zəngin elmi və bədii yaradıcılıq yolunda yeni nailiyyətlər arzulayırıq!