Pedaqoji Universitetinin Quba filialında məzunlarla görüş keçirilib

01.08.2025
Pedaqoji Universitetinin Quba filialında məzunlarla görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının məzunları bu il magistraturaya qəbul sayında rekorda imza atlblar. Belə ki, 286 nəfər məzunun 39 nəfəri Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin magistratura pilləsinə qəbul olmuşlar. Onlardan bir nəfər məzun isə İtaliyanın iki universitetini qazanıb. Qeyd edək ki, Boloniya və Pavia universitetləri təkcə İtalyanın deyil, ümumilikdə Avropanın nüfuzlu ali məktəbləri kimi şöhrətlidirlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Yusif Alıyev ilə 30.07.2025-ci il tarixində keçirilmiş görüşdə magistraturaya qəbul olmuş məzunların əksəriyyəti iştirak edib.

Məzunları növbəti təhsil uğurları münasibətilə səmimi təbrik edərək, onlara daha böyük uğurlar arzu edən professor Yusif Alıyev diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti kimi nüfuzlu ali məktəblərdə magistratura üzrə təhsil hüququ qazanmaq ADPU-nun Quba filialında verilən yüksək təhsilin real göstəricilərindəndir. ADPU-nun Quba filialı öz məzunları ilə fəxr etməklə bərabər, eyni zamanda, onların layiqli vətəndaş olmaq, öz peşəkarlığı ilə dövlətə, ölkəmizə və xalqımıza daha böyük xidmətlər göstərməsi, karyera yolunda inamlı hərəkətləri üçün dəstəyini bundan sonra da davam etdirəcək.

Ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu milli təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran direktor bildirib ki, 44 günlük Vətən müharibəsinin rəşadətli nəticəsi, eləcə də ərazi bütövlüyümüzün və suverenliyimızın bərpası Azərbaycan gəncliyi qarşısında yeni vəzifələr qoyubdur ki, bu prinsiplərin təbliği və təşviqi hər zaman ADPU-nun Quba filialında ümdə vəzifə kimi qorunub.

Magistr pilləsində təhsil hüququ qazanan məzunlardan – Səidə Mustafayeva, Nurlan Hüseynov və Pünhan Qasımov çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğur və nailiyyətlərdən geniş söhbət açaraq vətənimiz və dövlətimiz üçün bütün mənalarda müsəlləh əsgər olduqlarını ifadə ediblər.

Məzunlar təhsil yolunda, eləcə də vətənpərvər vətəndaş kimi formalaşmalarında filialda qazandıqları bilik və təcrübədən bəhs edərək direktor Yusif Alıyevə, eləcə də bütün pedaqoji heyətə, filial ailəsinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?