Pedaqoji Universitetin Quba filialının nümayəndəsi Bakıda keçirilən kitab sərgisində təmsil olunub

03.10.2025
Pedaqoji Universitetin Quba filialının nümayəndəsi Bakıda keçirilən kitab sərgisində təmsil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialı Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində (Baku International Book Fair 2025) oktyabrın 1-dən keçirilən açılışı mərasimində təmsil olunub.
Filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova sərgidə iştirak edərək bir sıra təqdimatlarda və görüşlərdə yer alıb. O, keçirdiyi görüşlərdə kitab sənayesinin inkişafı, gənclərin mütaliə marağının artırılması, həmçinin mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından sərginin əhəmiyyətini vurğulayıb, həmçinin ADPU-nun Quba filialının kitab, nəşrlər və mütaliə siyasəti barədə tərəflərə ətraflı məlumat verib.
Oktyabrın 7-dək davam edəcək bu mötəbər mədəniyyət tədbirinin fəxri qonağı Qətər dövlətidir.
Rəsmi məlumata görə, builki Bakı Beynəlxalq Kitab Sərgisində 23 dövlətdən 68 xarici təşkilat (Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?