Pedaqoji Universitetin Quba filialında Özbəkistan pedaqoqları üçün növbəti təlim-seminarlar keçirilir

27.11.2025
Pedaqoji Universitetin Quba filialında Özbəkistan pedaqoqları üçün növbəti təlim-seminarlar keçirilir

Noyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnklüziv təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” adlı növbəti beynəlxalq təlim-seminarların açılış mərasimi keçirilib.

Açılış mərasiminin əvvəlində tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnlərinin səsləndirilib.

ADPU-nun Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev təlim-seminarlarda iştirak etmək üçün təşrif buyuran özbəkistanlı qonaqları salamlayaraq bu kimi tədbirlərin istər təhsil sahəsində qarşılıqlı olaraq qabaqcıl təcrübənin öyrənilməsi, istər elimi əməkdaşlığın genişləndirilməsi, istərsə də iki qardaş ölkə arasında beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına sonuncu səfərinin təfərrüatlarından bəhs edən professor Yusif Alıyev əminliklə vildirib ki, liderlərimizin ortaq qərarları təkcə iki qardaş ölkə üçün deyil, böyük bir coğrafiyada dinamik inkişafı tərənnüm edir.

Daşkənd vilayəti Pedaqoji Məharət Mərkəzinin direktoru Timur Kalmuratov, ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekanı v.m.i.e. Nübar Bayramova, Fərqanə Regional Pedaqoji Bacarıq Mərkəzinin “İctimai-iqtisadi elmlərin metodikası” kafedrasının müdiri Gulçohra Şarobutdinova, Qaraqalpaqıstan Respublikası Pedaqoji Bacarıqlar Mərkəzinin Dəqiq və Təbiət Elmlərinin Metodologiyası kafedrasının baş müəllimi Gulxan Jiemuratova və ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev bu kimi təlim-seminarların hər iki ölkənin elm və təhsil işçiləri üçün aktual əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamış və gələcəkdə də belə bir ənənənin davam etdirilməsinə əminliklərini ifadə etmişlər.

Sonra açılış mərasiminin bədii hissəsi keçirilmiş, filialın tələbələri öz məharətlərini nümayiş etdirmişlər. Tələbələrdən Yeganə Quliyeva “Vətən həsrəti”, Seyidzəhra Qasımova “Ulug’imsan Vatanim” və Şahanə Hüseynova “Vətən” şeirlərini söyləmiş, Gülyanaq Əhmədova isə özbək rəqsi ifa etmişdir.

Çıxışlarda əminliklə ifadə olunub ki, Azərbaycan-Özbəkistan münasibətlərindəki çoxşaxəlilik dinamik inkişafdadır. Təhsil sahəsindəki birgə əməkdaşlıq milli birliyimiz üçün qoyulan mənəvi sərmayədir. İki qardaş ölkənin münasibətlərinin inkişafı təksə tərəflər üçün deyil, bütün region ölkələri və xalqlarından ötrü səmərəli və faydalıdır.

Birgə xatirə fotosu çəkilmişdir.

Rəsmi açılışın aparıcısı filialın Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin müdiri Dünya Əhədova təlim-seminarların gündəliyi barədə ətraflı məlumat verib.

Açılış mərasimindən sonra təlim-seminarlar öz işinə başlamışdır.

Qeyd edək ki, seminarları ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekanı v.m.i.e. Nübar Bayramova aparır.

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorluğunun dəstəyi ilə ADPU-nun Quba filialı beynəlxalq əlaqələrini əzmlə genişləndirməkdə davam edir

Bu çərçivədə xarici pedaqoqlar üçün filialda təlim-seminarların təşkili ənənə halını alıb.

Bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə 16-23 noyabr tarixlərində keçirilmiş təlim-seminarların əsas tərəfdaşları Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki pedaqoji bacarıqlar mərkəzləri (Fərqanə vilayəti, Daşkənd vilayəti, Əndijan vilayəti) olublar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?