Pedaqoji Universitetin Quba filialında konfransın tərəfdaşı olan Özbəkistan nümayəndə heyəti Soyqırımı Memorial Kompleksinə ziyarət edib

26.05.2025
Pedaqoji Universitetin Quba filialında konfransın tərəfdaşı olan Özbəkistan nümayəndə heyəti Soyqırımı Memorial Kompleksinə ziyarət edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilən elmi konfransda tərəfdaş və iştirakçı olan Özbəkistandan nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksinə ziyarət edib.

ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev və filialın digər əməkdaşlarının müşayiəti ilə keçirilən ziyarət zamanı qardaş ölkədən olan qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən və erməni quldur birləşmələrinin Azərbaycan xalqına qarşı cinayətləri barədə ətraflı məlumat verilib.

Qarşı tərəf məlumat verib ki, Daşnakstünün təşkil etdiyi erməni silahlı birləşmələri Bolşeviklərin gücünə arxalanaraq XX əsrin əvvəllərində Özbək xalqına qarşı da eyni cinayətləri törədiblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?