
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “XXI əsrdə dil və ədəbiyyat: müasir yanaşmalar və perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans böyük uğurlara imza atıb.
Fərqanə Dövlət Universiteti, Özbəkistan Respublikasının Fərqanə vilayətinin pedaqoji bacarıqlar mərkəzi, Rusiyanın V.G.Korolenko adına Qlazov Dövlət Mühəndislik və Pedaqoji Universiteti, Stavropol Dövlət Pedaqoji İnstitutunun Yessentuki filialı tərəfdaşlığı ilə keçirilən konfransda Özbəkistandan geniş nümayəndə heyəti iştirak edib.
Azərbaycan və Özbəkistandan olan konfrans iştirakçılarının bir qrupu əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba rayonunda yerləşən abidəsi önünə tər çiçəklər düzüb dahi şəxsiyyətə sonsuz ehtiramlarını ifadə ediblər.
Filialla tanışlıq çərçivəsində ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi barədə müfəssəl məlumat verib. Sonra bu otaqda bədii proqram olub.
Filialın əməkdaşı, pianoçu Yadigar Hacıyeva royal arxasında özbək xalq mahnılarını ifa edib. Tələbə Tofiq Dadaşovun tarda pianonu müşayiəti ilə keçirilən bədii proqramda tələbə Gülyanaq Əhmədova solo ifaçı olub.
Filialın böyük akt zalında təşkil edilən elmi konfrans Özbəkistan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Sonra bir dəqiqəlik sükut olub.
Rəsmi hissədə ADPU-nun Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev, Quba Rayon icra hakimiyyətinin Başçısının müavini Səidə Abasova, Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedoqoji Bacarıqlar Mərkəzinin direktoru Məftunə Ofilxujayeva, Fərqanə Universitetinin müəllimi Mukaddam Ehsanova və başqalarının çıxışları dinlənilib.
Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin tarixi və müasir inkişaf istiqamətlərindən bəhs edən natiqlər diqqətə çatdırıblar ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Özbəkistan Respublikasının mərhum prezidenti İslam Kərimov möhkəm təməl yaradıblar. Bu qardaşlıq strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilməsi iki dövlətin münasibətlərini müttəfiqlik səviyyəsinə süksəldib. Təhsil sahəsində əlaqələrin qurulması bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzinin qurulması və uğurla fəaliyyət göstərməsi tarixi hadisə kimi dəyərləndirilib.
Filialın beynəlxalq əlaqələr üzrə mütəxəssisi Dünya Əhədovanın aparıcılığı ilə keçirilən məlumat verilib ki, İki gün keçirilən konfrans Azərbaycandan kənar iyirmiyə yaxın elm və təhsil sahəsində çalışan mütəxəssisi öz sıralarına alıb. Təbriz, Ankara, İstanbul, Qlazov və Yessentuki şəhərlərində yerləşən təhsil müəssisələrindən məqalələr konfransın təşkilat komitəsinə daxil olub.
İki gün davam edən elmi konfrans işini panellər, qarşılıqlı təlimlər, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kəndi tam orta məktəbinə pedoqoji ekskursiya, Quba şəhərinin tarixi və təbiəti ilə tanışlıq olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə Özbəkistan Respublikasının Fərqanə vilayətinin pedaqoji bacarıqlar mərkəzi arasında Niyyət Protokolu imzalanıb.
Konfrans yekdilliklə Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə ortaq elmi -seminar keçirmək barədə razılığa gəlib.
Rəsmi hissənin axırında xatirə şəkili çəkiləndən sonra Şəhid Nuran Mirzəyevin adını daşıyan auditoriya ziyarət olunub. Qəhrəman döyüşçünün büstü önünə tər çiçəklər düzülüb.
Özbəkistandan gələn qonaqlardan ibarət nümayəndə heyəti “Azərbaycan diplomatiyası və beynəlxalq əlaqələr tarixi” fənnin kollokviumunda olub. Müəllim, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Haciyev kollokvium və imtahanlar necə keçdiyi formadan məlumat verib, tələbələr bu fəndə Azərbaycan-Özbəkistan münasibətləri haqda öyrəndiklərindən danışıblar.










