Pedaqoji Universitetin Quba filialında imtahanqabağı mühüm görüş keçirilib

01.06.2026
Pedaqoji Universitetin Quba filialında imtahanqabağı mühüm görüş keçirilib

ADPU-nun Quba filialında növbəti imtahan sessiyasının şəffaf, obyektiv və mütəşəkkil təşkili məqsədilə tələbə qrup nümayəndələri ilə işgüzar görüş baş tutub. İmtahan Qərargahının sədri Kamal Kamalov, fakültə dekanı Nubar Bayramova və dekan müavini t.f.d Mürvət Əliyevin də iştirak etdiyi görüşdə imtahan qaydaları, sessiya müddətində tələbələrin hüquq və vəzifələri, həmçinin İmtahan Qərargahı ilə Apellyasiya Komissiyasının fəaliyyət prinsipləri barədə ətraflı məlumat verilib.

​Rəhbərlik tərəfindən qrup nümayəndələrinə imtahan qaydalarını öz qruplarında bir daha diqqətə çatdırmaq tapşırılıb və filialda tələbələrin biliklərinin tam obyektiv qiymətləndirilməsi üçün hər bir şəraitin yaradıldığı vurğulanıb. Sonda tələbələrin sualları və təklifləri dinlənilib, operativ şəkildə dəyərləndirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?