
“Konstitusiya və Suverenlik İli” çərçivəsində və 27 Mart – Azərbaycanda Elm Günü münasibətilə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Elmi-tədqiqat işlərinin aparılmasında ekoloji yanaşmanın əsaları” mövzusunda elmi seminar keçirilib.
Dosent Güləddin Həmzəyevin təqdimatında keçirilən seminarda ADPU Quba filialının rəhbərliyi, professor-müəllim heyəti, struktur rəhbərləri, tələbələr iştirak ediblər.
ADPU-nun Quba filialında direktoru, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev seminarın girişində bildirib ki, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevin liderliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, həmçinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanda təbiət elmlərinin araşdırılması vəzifələrinə yenidən baxmağı tələb edir. Bu mənada keçirilən seminar tam şəkildə aktualdır. Direktor deyib ki, filialın pedaqoji kollektivində təmsil olunan görkəmli alimlər ilə hər bir ünsiyyət öz-özlüyündə bilik qazanmaq deməkdir. Bu dəyərli alimlərdən nə qədər fayda götürə bilmək filialın üzərinə düşən vəzifə və məsuliyyətdir.
Riyaziyyat üzrə fəlsəfə doktoru Əmirağa Şıxəmmədov, baş müəllimlər Seyid Cabbarov Elbrus Əhmədov, Sabir Şahtaxtı və başqaları seminarda qaldırılan problemlərlə bağlı fikir və mülahizələrini blüşüblər.


