Pedaqoji Universitetin Quba filialı xarici əlaqələrini genişləndirir

26.05.2025
Pedaqoji Universitetin Quba filialı xarici əlaqələrini genişləndirir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzi arasında Niyyət Protokolu imzalanıb.

Pedaqoji Universitetinin Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev və Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedoqoji Bacarıqlar Mərkəzinin direktoru Məftunə Odilxujayeva tərəfindən həyata keçirilən imzalanma filialda “Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “XXI əsrdə dil və ədəbiyyat: müasir yanaşmalar və perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində olub.

Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində bir araya gələn tərəflər qarşılıqlı əməkdaşlıq üçün niyyətlərinin böyük əhəmiyyət daşıdığını ifadə ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?