Pedaqoji Universitetin Quba filialı növbəti əmək yarmarkasına ev sahibliyi edib

14.03.2026
Pedaqoji Universitetin Quba filialı növbəti əmək yarmarkasına ev sahibliyi edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının ev sahibliyi ilə Quba-Xaçmaz Regional Məşğulluq Mərkəzi tərəfindən 10 mart 2026-cı il tarixində növbəti regional əmək yarmarkası keçirilib.

Filialda yarmarkanın təşkilatçılığı Tələbə, məzun və karyera şöbəsi tərəfindən icra edilib.

Əmək yarmarkasında Quba rayonunda fəaliyyət göstərən 10 işəgötürən tərəfindən 56 vakansiya işsiz və işaxtaran şəxslərə təklif olunub.

Əmək yarmarkasına müraciət edənlər şəxsiyyət vəsiqələrini təqdim etməklə aidiyyəti qaydada qarşı tərəflə birbaşa ünsiyyət yaradıblar. Yarmarkada həmçinin peşəkar formada CV hazırlanması məqsədilə vətəndaşlara xidmət təklif edilib.

Qeyd edək ki, ümumilikdə 154 nəfər işsiz və işaxtaran gün ərzində yarmarkaya müraciət etmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?