13 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Gününə həsr edilmiş “Kitab: Elmi Tərəqqinin Vəsaitidir” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva açıq elan edib, iştirakçıları salamlayıb, Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialının təşkilatçılığı ilə 14 Fevral– Beynəlxalq Kitab Bağışlama Gününə həsr edilmiş tədbirin rəsmi hissəsi haqqında məlumat verib. Tədbirdə əvvəlcə kitaba və yazarlara xüsusi diqqəti, qayğısı ilə seçilən, Filialın kitab fondunu əməli fəaliyyəti nəticəsində son illərdə 29 minə çatdıran, həmçinin kitab sevgisi ilə gənclərə örnək olan ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev çıxış edib, günün mahiyyəti haqqında ətraflı məlumat verib.
Daha sonra tədbirdə Türk dünyasının görkəmli şairi, AYB-nin Quba bölməsinin sədri, Prezident mükafatçısı Ramiz Qusarçaylı, baş müəllimlər Kəmalə Bayramova, Eyvaz Şeydayev çıxış ediblər. Tədbirdə həmçinin filialın “Tarix müəllimliyi” ixtisasının istedadlı tələbəsi Əli Daşdəmirov müəllifi olduğu şeirləri səsləndirməsi maraqla qarşılanıb
Tədbirin sonunda Filial direktorunun əmri ilə
14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə və ADPU-nun Quba filialının Kitabxana və elektron resurslar şöbəsində 2025/2026-cı tədris ili ərzində ən fəal oxucu kimi qeydiyyatda olması münasibətilə bir qrup əməkdaş və tələbələr Fəxri fərmanla təltif edilib.
ADPU-nun Quba filialının Humanitar elmlər fakültəsinin XM ixtisasının III tədris ili tələbəsi Gülyanaq Əhmədovanın moderatorluğu ilə davam edən tədbirdə Kitabxana və elektron resurslar şöbəsi tərəfindən hazırlanmış Azərbaycan Respublikasında “Memarlıq və Şəhərsalma İli”nə həsr edilmiş kitab sərgisinə baxış keçirilib və iştirakçılara kitablar bağışlanılıb.























