
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “XXI əsrdə dil və ədəbiyyat: müasir yanaşmalar və perspektivləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Özbəkistan nümayəndə heyəti Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kəndi tam orta məktəbini ziyarət ediblər.
Pedaqoji Universitetin Quba filialının struktur rəhbərlərinin müşayiəti ilə məktəbdə olan konfransın tərəfdaş heyətinə orta təhsil ocağının tarixi və müasir tədris imkanları barədə direktor Sevil Allahverdiyeva tərəfindən müfəssəl məlumat verilib.
Rəhman Məmmədov adına Alekseyevka kəndi tam orta məktəbinin direktoru Sevil Allahverdiyeva və Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedoqoji Bacarıqlar Mərkəzinin direktoru Məftunə Odilxujayeva qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Tərəflər onlayn görüşlər keçirmək və kurikulum mübadiləsi aparmaq barədə razılığa gəldilər.
Rəhman Məmmədov adına Alekseyevka kəndi tam orta məktəbinin strukturu, tədris şəraiti, təcrübə mərkəzləri və emalatxanalar qonaqlarda heyranlıq yaradıb.
Azərbaycanda ibtidai siniflər üçün dərsliklərin paylaşılmasını xahişinə uyğun olaraq məktəb rəhbərliyi qonaqlara 1-ci sinif üçün Azərbaycan dili və riyaziyyat dərslikləri toplusu hədiyyə etdilər.



