
Təqdimatda çıxış edən ADPU-nun Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Aysel Şeydayeva müəllifin Xınalıq dilinin öyrənilməsi və təbliği istiqamətindəki xüsusi rolundan söz açıb və onu təbrik edib.
Filialın Humanitar və sosial elmlər fakültəsinin dekanı v.m.i.e. Mürvət Əliyev, filialın Humanitar elmlər kafedrasının müəllimi t.f.d Təhminə Əliyeva kitabdakı Xınalıq kəndinin tarixi, adət-ənənələri, dili ilə əlaqədar məqamlara toxunaraq kitabın önəmindən danışıblar.
Müəllif və layihə rəhbəri, filialın İKT şöbəsinin müdiri Yusif Abayev kitabın Xınalıq dilini gələcəkdə öyrənəcək tədqiqatçılar üçün böyük əhəmiyyətə malik olacağını, kitabda Xınalıq dili və əlifbası haqqında məlumatların toplandığını deyib. Həmçinin təqdimatın keçirilməsində göstərdikləri dəstəyə görə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevə və filialın kollektivinə təşəkkür ünvanlanlayıb. Qeyd edib ki, kitabın hazırlanmasında Quba filalının müəllimləri dosent Gülşən Ağabəy, t.f.d Təhminə Əliyeva, b/m Eyvaz Şeydayevin də böyük əməyi olmuşdur.
Tədbirdə Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyevaya, həmçinin çıxış edən tələbələrə Xınalıq kəndi ilə bağlı xüsusi hazırlanmış bukletlər və kitab hədiyyə edilib.













