Nurullayeva Leyla Səməd

Ana səhifə » Nurullayeva Leyla Səməd

Leyla Səməd qızı Nurullayeva 15 noyabr 1997-ci ildə Bakı şəhərində anadan olub.
Təhsili:
2015-ci ildə Bakı şəhəri Səbail rayonu Osman Mirzəyev adına 190 saylı tam orta məktəbi bitirmişdir.
2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin riyaziyyat müəllimliyi ixtisası üzrə bakalavr səviyyəsini bitirmişdir.
2021-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
Əmək fəaliyyəti:
2021-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Təbiət fənləri və onun tədrisi metodikası” kafedrasında saat hesabı müəllim vəzifəsində çalışır.
2021-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Heydər Əliyev lektoriyasının müdiri vəzifəsində çalışır.
Elmi fəaliyyəti:
2021-ci il 23 iyunda BDU-nun Mexanika-riyaziyyat fakültəsində “Hilbert çevirməsinin approksimasiyası” mövzusunda dissertasiya işi müdafiə etmişdir.
1. Yerli elmi jurnallarda 2 tezisi çap olunmuşdur.
Kvadratı ilə inteqrallanan funksiyalar fəzasında Hilbert çevirməsinin approksimasiyası – 2020;
2. Diskret Hilbert çevirməsinin paylanma funksiyasının
asimptotikası – 2021.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?