Müəllimlərin əlifbası

05.12.2024
Müəllimlərin əlifbası

Linda Star

Bu, bir həqiqətdir ki, müəllim işi həqiqətən Əlifba qədər asandır!

         Məktəbə getməyə hazırlaşarkən tələbkar valideynlər, yaxud problemli şagirdlər, dolub daşan sinif otaqları, yaxud çox şeyi çatışmayan şkaflar, kurrikulum tələblərinə zidd qiymətləndirmə meyarları, yaxud sağlam düşüncəyə zidd olan intizam qaydaları sizi narahat etməsin. Sadəcə məktəbə daxil olun və əylənin!

***

         Müəllim işi, hər şeydən əvvəl, Əlifba (ABC) kimi asandır. Faktlara baxın!

         Müəllimlər sadəcə nələrə malik olmalıdır?

         Əlçatan (Accessible) olun.

         Şagirdlər, valideynlər, qəyyumlar, qəyyum olmayan valideynlər, himayədar valideynlər, sosial işçilər, inzibatçılar və digər müəllimlərlə; erkən səhər və axşam  konfransları, ailə mübahisələrinin həlli, akademik böhran intervensiyası, emosional travma triajı, ev tapşırıqları sualları, davamiyyət tabeli şikayətləri, növbətçiliyin icrası, təcili sinif xidməti, PPT*, PTA* iclasları üçün.

         Enerjili (Bouncy) olun.

         Şövq, enerji və dramatizm nümayiş etdirmək; öyrənənləri hətta ən maraqsız mövzulara belə cəlb etmək üçün.

         Criative (Creative) olun.

         Düşünün və şagirdləri maraqlandıran və təlimi asanlaşdıran inovative dərslər keçin.

         Tələbkar (Demanding) olun.

          Hər bir şagirdə bacardığından artıq tələb emədən yüksək tələbkarlıqla yanaşın.

         Sabit təmkinli (Even-tempered) olun.

         Tərifə, tənqidə xaos və böhrana qarşı eyni cəsarətlə cavab verin.

        Alışqan (Flexible) olun.

        Alınmayan dərslərə, işığın, internetin kəsilmələrinə və şagird “gərginliyinin” boşalmasına təlim zamanın bir anını belə itirmədən dərhal alışın.  

         Məqsəd yönümlü (Goal-oriented) olun.

        Tədris proqramını “nümunəyə əsasən” deyil standart və qiymətləndirmə meyarlarına uyğun formada həyata keçirin.

        Yumor hissiniz (Humorous) olsun.

        Valideynlərin şikayətləri, inzibati tələblər, ictimaiyyətin təzyiqləri və şagirdlərin təhqiredici veb saytları qarşısında yumor hissinizi qoruyun.

        Marağınız (Interested) olsun.

        Hər bir şagirdlərin həyatının hər sahəsinə – ev heyvanlarının oyunbazlığından tutmuş valideynlərin çatışmazlıqlarına qədər maraq göstərin – və ya özünüzü elə aparın.

        Həssas (Judicious) olun.

        Beş yaşlı ilə 16 yaşlı arasındakı fərqi, hörmətlə ağıllı irad, suatan tapança ilə öldürücü silah, düşüncəsizliklə təhlükə arasındakı fərqi başa düşün və buna uyğun reaksiya verin.

        Bilikli (Knowledgeable) olun.

        Tədris olunan mövzunu hərtərəfli bilmək; heç vaxt “Mən bunu ancaq sizi aldatmaq üçün dedim!” lazım deyil.

        Sadiq (Loyal) olun.

        Şagirdlər və onların ailə üzvlərinin şəxsi həyatlarına və həmkarların nüfuzuna hörmət edin.

        Əxlaqlı (Moral) olun.

        Həmişə, xüsusilə də şagirdlərə münasibətinizdə yaxşı xarakter nümayiş etdirin.

        Gözütox (Non-acquisitive) olun.

        Sadəcə öyrətməyi sevin; bahalı oyuncaqlar və dəbdəbəli istirahətlər sizi məmnun etməz.

        Sahmanlı (Organized) olun.

        Dərs planını, dərs cədvəlinizi, tələbə işinin nümunəsini, ekskursiyaya icazə vərəqini, məlumat kitabını və ya sadəcə lazım olan şeyi anında tapa bilin.

        Şövqlü (Passionate) olun.

Görülməyə dəyər işin layiqincə görülməsinə inanın və bu amalla yaşayın.

        Öyrənən (Questioning) olun.

        Hər şeyə maraq göstərin və onu şagirdlərinizlə paylaşın.

        Hörmətcil olun (Respectful) olun.

Şagirdləri öz maraq və problemləri, inanc və mdəniyyəti, şəxsiyyəti və çətinlikləri olan əsl insanlar olduğunu qəbul edin və o fəqliliklərə hörmət  edin.

        Güclü (Strong) olun.

Saatlarla ayaq üstə dayanmağı, kiçik bir uşağın pıçıltısını eşitmək üçün əyilməyi, atılan topu tutmaq üçün uzanmağı, yaralanmış şagirdə doğru qaçmağı öyrənin; qış fəslinin soyuq küləkllərinə və nahar və tualet ehtiyacını ödəmədən yaz sonu səfərin qızmar istisinə dözməyi öyrənin.

        Nəzakətli/Taktlı (Tactful) olun.

        Şagirdlər, valideynlər, həmkarlar və idarəçilərlə ishtehza, qorunmaq reaksiyası, qəzəb, səbirsizlik və ya laqeydlik göstərmədən hər zaman peşəkar davranış nümayiş etdirin.

        Anlayışlı (Understanding) olun.

        Şagirdlərin əhval-ruhiyyəsindən və davranışından daim xəbərdar olun; pis günlə pis münasibət arasındakı fərqi başa düşün; şagirdin kədərdən ümidsizliyə yuvarlanmasına diqqət yetirin və buna uyğun münasibət bəsləyin.

        Söz məharətli (Verbally proficient) olun.

Geniş lüğət ehtiyatınızı nümayiş etdirərək qrammatik danışın; anlayışları və izahatları aydın ifadə edin; inamla və hökmlə danışın.

        Hərtərəfli (Well-rounded) olun.

Sinifdənkənar bacarıq və maraqlarınızı inkişaf etdirin; filmlərə, tamaşalara, konsertlərə və mühazirələrə qatılın; oxuyun, səyahət edin, idmanla məşğul olun; fərdi inkişaf kurslarına yazılın. Yeri gələndə həmin təcrübələri tələbələrlə bölüşün.  

        Mütəxəssis (Xpert) olun.

        Uşaq inkişafının müxtəlif mərhələləri və müxtəlif təhsil nəzəriyyələri haqqında bilikləri nümayiş etdirin və peşəkar jurnalları oxumaqla, konfrans və seminarlarda iştirak etməklə təhsil tədqiqatları və təcrübələrindən kifayət qədər məlumatlı olun.

        Gənc görünən (Youthful) olun.

        Maraq və həvəs nümayiş etdirin və işin içində olmadan belə şagirdlərin sosial həyatı və qayğıları ilə ayaqlaşın.

        Yuxunuzu  (Z’s – Slang Sleep.) alın.

        Yaxşıca yatın. Bu, sizə lazımdır!

______________

1. Məqalənin adındakı (ABCs for teachers) ABC həm əlifba, həm də “asan” mənasında işlənir. Yazıdakı sıralama ingilis hərfləri ilə nişanlandığından əlifbamızdakı hərf sırası ilə uyğun gəlmir.

2.  PPT – Planning and Placement Team (Xüsusi fərdi təhsil proqramı)

3. PTA – Parent Teacher Association (Valideyn Müəllim Asosasiyası)

4. Yuxu (Z’s – Slang Sleep) – Z-lər yuxu əvəzinə işlənmiş jarqondur.

5. Linda Star keçmiş müəllim, dörd uşaq anası,  20 ildir ki, təhsil yazarıdır. “Education World”  (“Təhsil Dünyası”) jurnalının kurikulum və texnologiya redaktorudur.

İngilis dilindən çevirdi:

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi,

qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?