ADPU-nun Quba filialında müəllim seçimi üzrə dərs dinləmələri davam edir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında növbəti ildə tədris aparacaq müəllimlərin seçimi ilə əlaqədar ixtisaslar üzrə aktiv dərs dinləmələri davam etməkdədir.
Təşkil olunan növbəti dinləmə (17 iyul 2024) riyaziyyat-informatika fənnini əhatə edib. Bu ixtisas üzrə müəllim Nahidə Nuhbalayevanın aktiv dərs nümunəsində ADPU-nun Quba filialının rəhbərliyi və müəllim heyəti iştirak etmişdir.
Dərs prosesində filialın direktoru dosent Yusif Alıyev, Tədris və elmi işlər üzrə direktor müavini t.ü.f.d. İsmayıl Mahmudov, Tədris şöbəsinin müdiri Mələk Bağırova, Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva, Tələbə məzunlarla iş şöbəsinin müdiri Hikmət Musayev, İnsan Resursları və kargüzarlıq şöbəsinin müdiri Seyid Cabbarov, Riyaziyyat və informatika kafedrasının müdiri r.ü.f.d. Nurbala Süleymanov və Baş mühasib Mahirə Malıyevanın qatılımı ilə keçirilən dərs prosesində müəllim tətbiq etdiyi pedaqoji metod və taktikanın təsiredici incəlikləri barədə məlumat verib.
Sonra iştirakçılar müəllimə Nahidə Nuhbalayevaya suallar ünvanlayıb ona fəaliyyətində uğurlar arzulayıblar.
Dərsdən və müəllimənin əsaslandırılmış cavablarından razılığının ifadə edən filialın direktoru dosent Yusif Alıyevin əminliklə bildirib ki, bu aktiv dərslər eyni zamanda müəllimlər arasında tədris prosesinə dair təcrübənin bölüşdürülməsi baxımından da faydalıdır.