“Moodle” platforması

17.10.2024
“Moodle” platforması

“Moodle” platformasından istifadə etmək bacarıqlarının təkmilləşdirilməsi, elektron öyrənmənin keyfiyyətinin artırılması məqsədilə “Moodle platformasından istifadə etmək bacarıqların inkişafı” adlı təlim keçirilib.

Təşkil olunan təlim filialın direktoru fizika elmləri doktoru Yusif Alıyevin tapşırığı əsasında 2024//2025-ci tərdis ilində filial tələbələrinin Virtual öyrətmə və öyrənmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunan təlimdir.

Təlim zamanı filialın İKT şöbəsinin müdiri təlimçi Yusif Abayev tərəfindən tələbələrə virtual öyrətmənin və öyrənmənin əhəmiyyəti, vaxt və məkan baxımdan azad formada əlverişli şərtlər daxilində keyfiyyətli təhsil alma imkanları haqqında ətraflı məlumat verilib. Təlim zamanı ADPU Quba filialı tərəfindən 2 ildən çox müddət ərzində istifadə olunan “Moodle” platformasından istifadə zamanı vacib olan şəxsi kabinetin yaradılması, onlayn dərs materialların platformada yerləşdirilməsi, tələbələrə onlayn tapşırıqların verilməsi, tədqiqat işlərinin yerinə yetirilməsi, elektron kollekviumlarda iştirak, sərbəst işlərin təqdim edilməsi, zəruri elementlərdən və digər funksiyalardan istifadə istiqamətində təşkil olunmuşdur.

Təlimin moderatorluğu və təşkilatçılığında filialın İKT şöbəsinin əməkdaşları Rəfail Abayev, Ləman Əliyeva və Zaur Muradov iştirak ediblər.

Təlim 3 dərs gün müddətində davam edib. Həmçinin təlimin davamı olaraq növbəti həftədə pedaqoji heyət üçün də təşkili nəzərdə tutulub.

“Moodle” nədir? (Modular Object Oriented Dynamic Learning Environment) – azad və açıq mənbəli virtual öyrənmə sistemidir. Moodle – Təlim prosessində daha effektiv tədrisin təşkili üçün optimal həll üsulu və virtual təhsil sistemindən istifadə edilə biləcək bir çox xüsusiyyətlərə malik onlayn idarəetmə sistemidir. Həmçinin “Moodle” hər kəs tərəfindən (müəllim, tələbə) asan şəkildə mənimsənilə bilən, hamı üçün əlçatan olan onlayn təhsil platformasıdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?