Mənim sevimli müəllimim

07.10.2024
Mənim sevimli müəllimim

Mənim sevimli müəllimim

Təhsil dünyası jurnalı (Education world)

Linda Star

Mənim sevimli müəllimim

Təhsil dünyası jurnalı (Education world)

Linda Star

Linda Star, keçmiş müəllim, dörd uşaq anasıdır. İyirmi ilə yaxındır ki, təhsil yazarıdır 

Mənim müəllimim onun sinif otağında olmayanların gözündə qorxunc və qəzəbli idi. Onun şagirdəlri olan bizlər şaiyələri təşviq edir, cəsarətimizə görə nüfuzumuzu artırırdıqsa da, müəllimizin varlığının hər zərrəciyi ilə bizləri qoruyacağına və müdafiə edəcəyinə əmin idik, çünki biz “onun şagirdləri” idik. Hansı müəllim belə etimad yarada bilər? Ən yaxşı müəllim!

     Ötən gün yerli qəzet köşə yazarı, uşaqlığı zorakılığa məruz qalmış biri həyatında dəyişiklik etmiş bir müəllim haqqında yazmışdı. Müəllim, o yazırdı “mənə evdə məni nə gözlədiyini unutdururdu”.

     Məllimim haqqında məni maraqlandıran fərqli şey nə idi? Hansı keyfiyyətləri ona demək olar ki, əlçatmaz bir uşağa yanaşmaq imkanı vermişdi? Bilmirəm. Ancaq bir şeyi çox yaxşı bilirəm ki, onu mənim müəllimim edən məhz o xüsusiyyəti idi. Həmin müəllimim haqqında danışmaq istərdim.

     Mənim sevimli müəllimim sənətinin məftunu idi. O, bizə sadəcə mövzu tədris etmirdi; o bizimlə heyrətamiz bir sirr bölüşürdü. Onun ruh yüksəkliyi, mühazirələri, tapşırıqları, hətta test sualları da sözün əsl mənasında haray salırdılar: – “Bu, füsunkar deyilmi? Bu, parlaq deyilmi? Bu, həyəcanverici deyilmi? Daha çox bilmək istəmirsinizmi?”

     Mənim sevimli müəllimim tələbkar idi. Onun sinfi əzəldən sıfır tolerantlı sinif idi. “Ev tapşırığını etməmisən? Tapşırığı tamamlamamısan? Şərtinə əməl etməmisən? Suala qulaq asmamısan? İmtahana hazır deyilsən? Dözülməz! Sıfır alırsan!”

     Mənim sevimli müəllimim mühafizəkar deyildi. Onun sıfır tolerantlıq siyasəti sağlam düşüncə ilə təmkin tapırdı. “Ev tapşırığımı it yedi” keçərli olmaz, lakin “İtim xəstələnmişdi”onu yumşaldardı. “Altıncı fəsil ilə o qədər maraqlandım ki, yeddinci fəsli oxumağa vaxtım olmadı” da qalib ola bilərdi – oxuduğun fəslin valehediciliyini sübut edə bilsəydin.

     Mənim müəllimim həqiqi müəllim idi. Bilirdik ki, onun da öz həyatı var – dolu, məşğul, mürəkkəb, maraqlı. Amma o, dərsə hazır gələrdi – elə biz də. O, öz fənnininə olan sevgisini real dünyaya daşıyar, bölüşəcəyi bilik və təcrübələrlə qayıdardı – biz də. Onun ağır günləri də olardı – bizim də. Hərdən bir.

     Mənim sevimli müəllimim bizi tənqid edər, amma heç vaxt aşağılamazdı. Bizlərdən birinin tapşırığı yerinə yetirə bilməməsi, dərsə diqqət yetirməməsi, və ya var gücü ilə çalışmaması onu özündən çıxarmaz – tənqidi səhv edən birisini başqalarının qarşısında məzəmmət etməkdən artıq olmazdı. Ancaq o, heç vaxt şəxsən üstümüzə gəlməzdi, O, həmişə bizim ən yaxşı qabiliyyətimizin nə olduğunu bilirdi, heç vaxt bizdən artığını istəməz, ondan azını da qəbul etməzdi.

     Mənim sevimli müəllimim ədalətli idi.  O, İNSAN idi. Çox güman ki, onun da sevimliləri vardı. Olsa da, biz heç vaxt onların kimlər olduğunu bilmədik. O, açıq-aşkar hamımızı sevirdi.

     Mənim müəllimim onun sinif otağında olmayanların gözündə qorxunc və qəzəbli idi. Onun şagirdəlri olan bizlər şaiyələri təşviq edir, cəsarətimizə görə nüfuzumuzu artırırdıqsa da, müəllimizin varlığının hər zərrəciyi ilə bizləri qoruyacağına və müdafiə edəcəyinə əmin idik, çünki biz “onun şagirdləri” idik. Hansı müəllim belə etimad yarada bilər? Ən yaxşı müəllim!

     Mənim sevimli müəllimim hörmət tələb edirdi, bizə hörmətlə yanaşır, bir-birimizə hörmət etməyimizi gözləyirdi. Biz bir ailə idik. Bir-birimizin qayğısına qalırdıq. Heç bir bəhanəsiz!

     Mənim sevimli müəllimim işgüzar idi – bizləri də buna təhrik edirdi. “Yaz tamaşasını mən hazırlayıram. Hər birinizi tamaşanın məşqlərində görmək istərdim”. “Məktəb qəzetini hazırlayıram, mənə yaxşı bir idman yazarı lazımdır”. “Sizin çox gözəl bədii duyumunuz vardır. Niyə sizi Böyük Kitablar Klubunun iclaslarında görmürəm?” Sizin həyatınız budur. Belə yaşayın!

     Mənim müəllimim müəllim idi. O, lətifələr demir, koridorlarda vaxt keçirmir, yaxud bizimlə dost olmağa çalışmırdı. O bizə layiq olduğumuzdan aşağı dəyər vermirdi; bizim layiq olduğumuzdan artıq olduğumuza ümid bəsləyir, bizim özü ilə “yuxarıdan” danışmağımızı, onun gözləntilərinə layiq olmağımızı, onun səviyyəsinə can atmağımızı istəyirdi.

     Mənim sevimli müəllimim şövqlü və işgüzar, tələbkar və ədalətli, maraqlı və maraqlanan idi. Onun hər birimizi unikal və füsunkar, ona qürur yaşatmaq üçün yaranmış fərdlər kimi gördüyü hər halından məlum idi – kaş bizlərdə bir az sağlam düşüncə yarada biləydi. Biz onu necə məyus edə bilərdik?

İngiliscədən çevirdi

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi,qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?