Quba şəhər 7 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Zülfüqarova, məktəbin psixoloqu Nübar Kərimova və həmin məktəbin şagirdləri Quba filialında olublar.
Filialda məktəblilər Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin müdiri Dünya Əhədovanın rəhbərliyi ilə ilk olaraq filialın idman meydançası, bufeti daha sonra isə əsas tədris binasına gələrək, burada həm Kitabxana və elektron resurslar şöbəsi ilə, həm də dərs və iş prosesi ilə yaxından tanış oldular. Auditoriyalara daxil olaraq tədrisin gedişinə birbaşa şahidlik etdilər. Həmçinin şagirdlər kafedralar, dekanlıq, Heydər Əliyev lektoriyası, Azərbaycan Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi, Akt zalı, Kompüter laboratoriyası ilə tanış olmuş, dəhlizlər boyunca müşahidə olunan filialın keçmişindən bugününə doğru gedən prosesə birbaşa nəzərə yetirmişlər. Tədris binalarında, həyətdə xatirə şəkli çəkdiriblər.
Daha sonra D. Əhədova şagirdlərlə söhbət edərək filialda professor Yusif Alıyevin rəhbərliyi ilə yaradılan hərtərəfli tədris şəraiti haqqında məlumat verdilər, şagirdlər isə öz növbəsində qeyd etdilər ki, gələcək ixtisas və peşə seçimlərində bugünki filiala etdikləri ziyarətin çox böyük əhəmiyyəti olacaqdır.




