“Məktəbəqədər təhsilin müasir paradiqmaları: beynəlxalq təcrübə və innovativ yanaşmalar”

19.03.2026
“Məktəbəqədər təhsilin müasir paradiqmaları: beynəlxalq təcrübə və innovativ yanaşmalar”

12 mart 2026-cı il tarixində Sırdərya Vilayəti Pedaqoji Məharət Mərkəzinin təşkilatçılığı ilə “Məktəbəqədər təhsilin müasir paradiqmaları: beynəlxalq təcrübə və innovativ yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda müxtəlif ölkələrdən dəvət olunmuş alim və mütəxəssislərlə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının nümayəndələri də iştirak etmişlər.

Tədbirdə ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekanı, vəzifəsini müvəqqəti icra edən Nübar Bayramova və filialın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dünya Əhədova iştirak etmişdir.

Konfrans çərçivəsində Nübar Bayramova onlayn formatda çıxış edərək “Beynəlxalq inklüziv təhsil təcrübəsi: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında birgə təhsil modeli” mövzusunda məruzə təqdim etmişdir. Məruzədə inklüziv təhsilin müasir yanaşmaları, beynəlxalq təcrübənin təhlili və bu istiqamətdə Quba filialında tətbiq olunan birgə təhsil modelinin üstünlükləri elmi əsaslarla şərh edilmiş, əldə olunan nəticələr və perspektiv inkişaf istiqamətləri diqqətə çatdırılmışdır.

Konfrans iştirakçıları tərəfindən məruzə maraqla qarşılanmış, müzakirələr zamanı inklüziv təhsilin inkişafı, beynəlxalq əməkdaşlıq imkanları və innovativ pedaqoji yanaşmaların tətbiqi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?