“İnsan hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

08.06.2026
“İnsan hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

05 iyun 2026-cı il tarixində Quba şəhər Heydər Əliyev Mərkəzində 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ilə əlaqədar “Hüquqlarımız gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib. Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin və Quba Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

​Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin, Ombudsmanın Şimal Regional Mərkəzinin məsul şəxsləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktor müavini, qazilər, hərbçilər, şəhid anaları, mədəniyyət işçiləri, müxtəlif dövlət qurumlarının və müəssisələrinin əməkdaşları, həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

​Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

​Daha sonra Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi polkovnik Yasin Aşurov, Quba Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Ramil İsmayılov, Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, ADPU-nun Quba filialının sosial-humanitar məsələlər vərə direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəis müavini – Səfərbərlik bölməsinin rəisi mayor Yasin Məcidov çıxış ediblər.

​Çıxışçılar Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətindən, hüquqi dövlət quruculuğu sahəsində əldə olunmuş nailiyyətlərdən və insan hüquqlarının qorunmasının cəmiyyətin davamlı inkişafındakı mühüm rolundan bəhs ediblər. Vurğulanıb ki, insan hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmənin genişləndirilməsi və vətəndaşların hüquqi mədəniyyətinin yüksəldilməsi dövlətin prioritet istiqamətlərindəndir.

​İştirakçılar tərəfindən maraqla qarşılanan tədbir, insan hüquqları sahəsində maarifləndirmənin artırılması baxımından faydalı bir platforma kimi qiymətləndirilib.

​Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?