İctimai Şuranın üzvləri Quba filialında imtahan prosesini izləyiblər

29.06.2022
İctimai Şuranın üzvləri Quba filialında imtahan prosesini izləyiblər
Bu gün ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Filialda yaradılan Ictimai Şuranın üzvləri – Quba Soyqırımı Memorial Kompleksinin direktoru t.ü.f.d Rəxşəndə Bayramova, Viqas Psixoloji Mərkəzin direktoru Fidan Bağırova, Mehrab Niftəliyev adına Quba Texniki Təmayüllü məktəb-liseyin direktoru Gülzar Eyyubova, Quba FRİTL direktor müavini Lalə Məmmədova, Quba Tibb kollecinin direktor müavini Nəzirə Əliyeva, Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini p.ü.f.d Aysel Şeydayeva, valideynlər və digərləri imtahan prosesini izləyib, filialda yaradılan təlim, tədris, tərbiyə fəaliyyəti ilə tanış olub, filialda yenidənqurma işlərinin miqyası, rayonda abituriyent seçimi zamanı filialın əldə etdiyi nailiyyətlərin əhəmiyyətinə görə filialın direktoru dos.Y.Alıyevə və kollektivə təşəkkür ediblər.,
Qeyd edək ki, İctimai Şura Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində filialda tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi üçün İctimai Şuranın yaradılmasını təmin etmək məqsədilə, həmçinin filialda vətəndaş cəmiyyəti platformasının resurslarından istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən, imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə yaradılıb.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?