Gələcəyini xəritədə özün cız: ADPU Quba filialında “Coğrafiya müəllimliyi” seç!

30.07.2026
Gələcəyini xəritədə özün cız: ADPU Quba filialında “Coğrafiya müəllimliyi” seç!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı 2026–2027-ci tədris ili üçün “Coğrafiya müəllimliyi” ixtisasına tələbə qəbulu elan edir.

“Kəşf et, öyrən, dünyaya yol göstər!” şüarı ilə təqdim olunan bu ixtisas şimal bölgəsinin zəngin təbii-coğrafi potensialını öyrənmək, ətraf mühitin qorunmasına, davamlı inkişafa və gələcək nəsillərin coğrafi dünyagörüşünün formalaşdırılmasına xidmət edən strateji sahədir. Quba regionunun ən zəngin dağ-landşaft, meşə, çay və bağçılıq ərazilərinə malik olması coğrafi biliklərin öyrənilməsi və saha tədqiqatları üçün unikal imkanlar yaradır. Tələbələr təhsil müddətində müasir coğrafi informasiya sistemləri (GİS), uzaqdan zondlama texnologiyaları, rəqəmsal xaritəçildirmə, peyk görüntülərinin analizi və iqlim monitorinqi üzrə praktik biliklərə yiyələnirlər. Quba və ətraf bölgələrin təbii landşaftları ekspedisiyaların keçirilməsi, müşahidə və coğrafi analiz bacarıqlarının inkişafı üçün geniş şərait yaradır. İxtisasın məzunları ümumtəhsil məktəblərində, kolleclərdə, ekoloji təşkilatlarda, turizm sektorunda, meteorologiya və hidrologiya xidmətlərində, GİS üzrə müəssisələrdə və dövlət qurumlarında uğurla fəaliyyət göstərə bilərlər. ADPU-nun Quba filialı güclü professor-müəllim heyəti, müasir auditoriyaları, innovativ tədris metodları, praktik saha məşğələləri, tələbəyönümlü təhsil sistemi və müasir rəqəmsal resursları ilə keyfiyyətli pedaqoji hazırlıq təqdim edir.

Gələcəyinizi bir addımla başlamaq üçün 050 497 12 62 və ya (+994 23) 336 20 92 nömrələri ilə əlaqə saxlaya, adpu-quba@adpu.edu.az e-poçt ünvanına yaz və ya www.adpuquba.edu.az saytına daxil ola bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?