Yaxın durun, uğurlarlarımız haqqında söz açacağıq:
Bildiyimiz kimi Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində təhsilin inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olunub, uğurlara imza atılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı, həmçinin imzaladığı dövlət proqramları əsasında respublikamızda ali təhsilin infrastrukturu müasir dövrün tələblərinə uyğun qurulub. Bütün bunlar isə ali təhsil sahəsində yeni uğurlara imza atmağı hədəfləyir. Bu hədəflər bizlərin də qarşısına yeni məqsədlər qoyub. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı regionda ali təhsilin mümkün olan bütün imkanlarını yüksək səviyyədə dəyərləndirərək ölkəmizin təhsil siyasətinin icrasına böyük töhfələr verir:
Bunu yalnız biz demirik, uğurlu nəticələrimizin statistikası təsdiqləyir.
Son illər ərzində filialda həyata keçirilən əsaslı yeniliklər həm təhsilin, həm təlim-tərbiyənin inkişafına, həm də filialın ümumi nüfuzunun artmasına səbəb olmuşdur. Statistik göstəriciləri təhlil etdikcə qarşılaşdığımız real mənzərə onu deməyə əsas verir ki, filial hazırda strateji hədəflərə doğru irəliləyir. Həmçinin bölgənin əmək bazarını təftiş edərkən ehtiyac duyulan kadrların hazırlanması üçün yeni ixtisasların yaradılmasına böyük zərurət yaranır.
Hər il filiala qəbul olan tələbələrin kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəricilərində də irəliləyişlər müşahidə olunur. Belə ki, 500-dən artıq bal toplayaraq Quba filialını seçən tələbələrin sayı əvvəlki illərə nisbətən çox artmışdır. Ötən tədris ilində 600-dən yüksək bal toplayaraq filialı seçən abituritentlərin il ərzində yüksək təhsil göstəriciləri də filialın tədris fəaliyyətindəki sistemliliyin və novatorluğun nəticəsidir. Bundan başqa, MİQ imtahanlarında onlarca məzunumuz 50-dən yüksək bal toplayaraq müəllim adını qazanmışdır. Artıq filialda müxtəlif ixtisaslar üzrə magistr hazırlığını həyata keçirmək üçün kadr potensialına malik qüvvə mövcuddur. Əslində perspektiv planlar sistemli şəkildə filialın “Strateji İnkişaf Planı”nda və ondan doğan “Qısa, orta, uzunmüddətli inkişaf hədəfləri” adlı sənəddə incəliklə qeyd edilmişdir. Artıq bir çox işlərimizi müvafiq sənədə istinadən icra edərək daha böyük hədəflərimiz uğrunda çalışırıq. Bütün ixtisaslar üzrə (10 ixtisas) yüksək nəticələr əldə etmək filialımızın əsas hədəflərindən birinə çevrilib. Yola saldığımız tədris ilində rekord sayda magistraturaya qəbul üzrə əldə etdiyimiz nəticələr ADPU ailəsi üçün qürurvericidir. Magistraturaya qəbul olunan tələbələrimiz son 6 ildə, bu il rekord sayda yer qazanıblar. Quba filialını bitirib magistraturaya qəbul olan tələbələrimiz təhsillərini ən nüfuzlu ali məktəblərdə davam etdirirlər. Məzunlarımızın xoş sədasınının ölkə sərhədlərindən kənarda eşidilməsindən çox məmnunuq.
Gəlin ADPU-nun Quba filialının magistratura pilləsinə qəbul olan məzunların nəticələrini birlikdə izləyək: 300 məzundan 39 nəfər magistratura səviyyəsinə daxil olanlar siyahısında yer alıb. Bu rəqəm ötən il 21 nəfər idi.
Biz bu uğurları ADPU-nun Quba filialı kollektivinin böyük əməyi sayəsində əldə etmişik.
Əziz abituriyentlər və dəyərli valideynlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı sizin yolunuzu gözləyir.200 tələbə qəbulu yerimiz seçimdə bizə güvənən ən layiqli tələbələr üçündür. Bizi seçin ki, siz də seçilmiş olasınız! Tezliklə, ADPU-nun Quba filialında magistratura pilləsi üzrə də təhsil verməyə iddialıyıq.Bizə güvənənlər iş axtarmır, iş özü onları tapır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında karyera yolunun bütün cizgiləri cızılıb. Bu yolda yürüyən hər kəs uğur qazanır.



